21 Oktyabr 2025    
        Ayətullah Xamenei: Başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, öz ölkəndəki iğtişaşları sakitləşdir
    İran İslam Respublikasının Ali Rəhbəri ABŞ-də müxtəlif ştat və şəhərlərdə Donald Trampa qarşı keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib: Siz əgər doğrudan da bacarıqlısınızsa, yalan və təxribat yaymaq, digər ölkələrin daxili işlərinə qarışmaq və orada hərbi bazalar yaratmaq əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qayıtmağa vadar edin.Ayətullah Seyid Əli Xamenei bu gün səhər müxtəlif idman növləri üzrə çempionlar və beynəlxalq elmi olimpiadalarda medal qazananlarla görüşdə ABŞ prezidentinin son dövrlərdəki təkəbbürlü və əsassız bəyanatlarına toxunaraq deyib:
Bu şəxs bölgə, İran və İran xalqı barədə söylədiyi saysız yalanlarla və yersiz davranışları ilə sionistlərə ruh verməyə və özünü güclü göstərməyə çalışdı. Amma əgər doğrudan da gücü varsa, qoy gedib ABŞ-nin bütün ştatlarında ona qarşı şüar səsləndirən milyonlarla insanı sakitləşdirsin.
Ali Rəhbər ölkənin idman və elm sahəsində parlayan gənclərinin uğurlarından məmnunluq ifadə edərək deyib:
Sizin qazandığınız medallar əvvəlki dövrlərin medallarına nisbətən daha böyük dəyərə malikdir. Çünki siz bu nailiyyətləri elə bir vaxtda əldə etmisiniz ki, düşmən yumşaq müharibə vasitəsilə xalqı ruhdan salmağa, öz gücünə inamını sarsıtmağa çalışır. Lakin siz bu xalqın iradə və qüdrətini nümayiş etdirərək ona ən möhkəm cavabı verdiniz.
Ayətullah Xamenei düşmənlərin İranın elmi inkişafını ləngitmək səylərinə də diqqət çəkərək bildirib:
İran xalqının düşmənləri bəzən uğurları inkar etməklə, bəzən yalan və həqiqəti bir-birinə qatmaqla, bəzi xırda qüsurları şişirtməklə və məqsədli təbliğatla ölkədə qaranlıq bir mənzərə yaratmağa çalışırlar. Amma siz elm və idman zirvələrinə qalxaraq ölkənin parlaq gələcəyini bütün dünyaya göstərdiniz.
Ali Rəhbər çıxışının başqa bir hissəsində ABŞ prezidentinin bölgə və İran haqqında son bəyanatlarına cavab verərək deyib:
ABŞ prezidenti işğal olunmuş Fələstinə səfəri zamanı bir sıra mənasız və gülünc sözlər deməklə ruhdan düşmüş sionistləri ümidləndirməyə çalışdı.
O, 12 günlük müharibədə İran İslam Respublikasının sionist rejimə vurduğu inanılmaz zərbəni onların ruh düşkünlüyünün əsas səbəbi adlandıraraq əlavə edib:
Sionistlər gözləmirdilər ki, İran istehsalı olan raketlər alov və od içində onların mühüm və həssas mərkəzlərinə çatsın, həmin obyektləri dağıdıb külə döndərsin.
Ayətullah Xamenei vurğulayıb:
Bu raketlər nə ayrı ölkədən alınmış, nə də kirayəyə götürülmüşdür — onların hamısı iranlı gənclərin öz əlləri ilə hazırlanıb və hər biri İran elminin məhsuludur. Gənc iranlı elmə söykənərək böyük işlərə imza atmağa qadirdir.
O, əlavə edib: Bu raketlər ordumuz və hərbi sənayemiz tərəfindən hazırlanıb və istifadə olunub. Bizdə hələ kifayət qədər raket var və lazım gələrsə, yenidən istifadə ediləcək.
Ali Rəhbər Trampın son bəyanatlarını sionistlərə mənəvi dəstək vermək məqsədilə səsləndirdiyini bildirərək deyib:
Qəzza müharibəsində ABŞ, sionist rejimin cinayətlərinin əsas şərikidir. ABŞ prezidenti özü də etiraf etdi ki, biz Qəzzada bu rejimlə birlikdə hərəkət edirdik. Əslində bunu deməsəydi belə, hamıya aydındır — çünki Qəzzanın mülki əhalisinin başına atılan silah və sursatların hamısı Amerikaya məxsus idi.
Ayətullah Xamenei Trampın “terrorla mübarizə aparırıq” iddiasını da yalan adlandıraraq qeyd edib:
Qəzza müharibəsində 20 mindən çox uşaq və körpə şəhid olub. Onlar terrorçu idilərmi? Terrorçu, İŞİD-i yaradan və bölgəyə buraxan Amerikadır. İndi də onun qalıqlarını öz maraqları üçün istifadə edirlər.
Ali Rəhbər əlavə edib:
Qəzzada 70 mindən çox insanın qətli və 12 günlük müharibədə minlərlə iranlının şəhadəti ABŞ və sionist rejimin terrorçu xislətinin açıq göstəricisidir. Onlar yalnız mülki insanları deyil, elm adamlarımız — Tehrançi və Abbasi kimi alimləri də terror etdilər və bu cinayəti fəxrlə etiraf etdilər. Amma bilməlidirlər ki, elmi terror etmək mümkün deyil.
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ABŞ prezidentinin “İranın nüvə sənayesini bombalayaraq məhv etdik” sözlərinə münasibət bildirərək deyib:
Fərqi yoxdur, qoy elə bu xəyalla yaşasınlar. Amma ümumiyyətlə, siz kimsiniz ki, hansısa ölkənin nüvə sənayesinə sahib olub-olmaması barədə hökm verəsiniz? İranın nüvə imkanları və sənayesi ABŞ-yə heç bir aidiyyəti yoxdur. Bu cür müdaxilələr əsassız, yanlış və güc tətbiq etmə xarakter daşıyır.
Ali Rəhbər ABŞ-nin müxtəlif ştat və şəhərlərində keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib:
Əgər doğrudan da gücünüz çatırsa, yalan və təxribat yaymaq, başqa ölkələrin işlərinə qarışmaq və orada hərbi bazalar tikmək əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qaytarın.
Ayətullah Xamenei vurğulayıb ki, “terrorçu və terrorizmin əsl simvolu ABŞ-dir” və Trampın “İran xalqının dostuyam” iddiasını da yalan adlandıraraq deyib:
ABŞ-nin tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar birbaşa İran xalqına qarşı yönəlib. Bir çox ölkələr qorxudan bu sanksiyalara qoşulurlar. Bu səbəbdən siz İran xalqının dostu yox, düşmənisiniz.
O, Trampın “mən danışıqlara hazıram” sözlərinə də toxunaraq bildirib:
O deyir ki, mən razılaşma tərəfdarıyam. Amma əgər bu razılaşma təzyiq və şərtlərlə müşayiət olunursa və nəticəsi əvvəldən müəyyən edilibsə, bu artıq razılaşma deyil, məcburiyyət və diktədir. İran xalqı heç vaxt bu cür məcburiyyətə boyun əyməyəcək.
Ali Rəhbər ABŞ prezidentinin Qərbi Asiyada (onların terminologiyası ilə “Yaxın Şərqdə”) müharibə və zorakılığın hökm sürdüyü barədə bəyanatına cavab olaraq deyib:
Bu müharibələri siz özünüz yaradırsınız. ABŞ həm terrorun, həm də müharibələrin əsas səbəbkarıdır. Əgər belə olmasaydı, bu qədər hərbi bazanı nə üçün bu bölgədə yerləşdirmisiniz? Burada nə işiniz var? Bu regionun sahibləri onun öz xalqlarıdır. Bu bölgədə baş verən müharibə və ölüm hadisələrinin əsas səbəbi ABŞ-nin mövcudluğudur.
Ayətullah Xamenei çıxışının sonunda qeyd edib:
ABŞ prezidentinin mövqeləri yanlış, bir çox hallarda yalan və zorakı xarakter daşıyır. Bəli, bu zorakılıq bəzi ölkələrə təsir göstərə bilər, amma Allahın izni ilə, İran xalqına heç vaxt təsir etməyəcək.
03.11.25, 10:09
                    ABŞ-da əyləncə mərasimində atışma: 9 yaralı 1...                03.11.25, 10:00
                    Kolumbiya prezidenti: Qəzza dünyanın müqavimət paytaxtıdır                03.11.25, 09:47
                    Ənsarullah İsraillə birbaşa müharibəyə hazır olduğunu bəyan etdi                03.11.25, 09:27
                    İsrail ordusunun hərbi prokuroru itgin düşüb                03.11.25, 09:22
                    Süni intellektin gələcəyi nüvə enerjisinə söykənir!                03.11.25, 09:17
                    IYLEP, ABŞ-ın iraqlı gənclərə nüfuz yolu                02.11.25, 12:59
                    Yəlun: Smotriç və Ben-Gvir İsraili məhvə aparır                02.11.25, 12:53
                    İngiltərədə qatarda hücum -  9 nəfərin vəziyyəti ağırdır                02.11.25, 12:23
                    Ayətullah Xamenei: Həqiqətləri danışmasanız,  düşmən zalımla məzlumun  yerini dəyişəcək                02.11.25, 11:04
                    Rusiyadan minlərlə insan deportasiya edilir                02.11.25, 10:55
                    İsrailin təhlükəsizlik kameraları kiberhücumla sındırılıb                02.11.25, 10:52
                    Harrison Ford: Trampdan daha böyük cinayətkar tanımıram                02.11.25, 10:11
                    Rusiyanın ən sirli nüvə sualtı qayığı sınaq üçün suya buraxılıb                02.11.25, 09:54
                    "Hənzələ" hakerləri axtarışda olan 10 sionistin fotosunu yaydı                01.11.25, 12:06
                    Arıqlamağa kömək edən 8...                01.11.25, 11:52
                    UNIFIL: İsrail Livanla atəşkəs sazişini 9,400 dəfə pozub                01.11.25, 11:30
                    İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinin evi qarşısında sionist hərbçi özünü yandırıb                01.11.25, 11:24
                    Sionistlər öz hökumətlərini Amerikanın kuklası hesab edirlər                01.11.25, 11:22
                    Qrossi: İranın nüvə silahı proqramı yoxdur                01.11.25, 10:15
                    İlon Maskın atası: Əgər Rusiya Avropanı xilas etməsəydi, indi hamımız alman dilində danışardıq                01.11.25, 10:03
                    Qəzzada 20 min partlamamış bomba qalmaqdadır                01.11.25, 09:40
                    İraqda da “peycer” hücumları ola bilərmi?                30.10.25, 11:43
                    Ukraynalı 100 min gənc iki ay ərzində ölkədən qaçıb                30.10.25, 09:37
                    Tramp və Şi görüşü birgə bəyanat olmadan başa çatdı                30.10.25, 09:20
                    "Poseydon" qiyamət silahı sayıla bilər - Medvedyev                30.10.25, 09:19
                    İki şəhər mühasirəyə alındı - Putindən Zelenskiyə çağırış                30.10.25, 09:15
                    43 yaşlı qadın bıçaqlanıb                30.10.25, 09:13
                    Amerikalı jurnalistdən şok açıqlama: Tramp, 100 milyon dollar qarşılığında Qərb Sahilini İsrailə satıb                30.10.25, 08:50
                    Maduro Venesuelada bir CIA təxribatını aşkar etdiyini bildirdi                30.10.25, 08:49
                    Fransa Parlamentinin üzvü: Netanyahu terrorçudur                30.10.25, 08:46
                    Putindən sonra Tramp da nüvə silahlarının sınağına əmr verdi                29.10.25, 11:21
                    Maduronun qaçırılması planı uğursuz oldu                29.10.25, 11:08
                    İşğalçı İsrail ordusunda intiharlar davam edir                29.10.25, 11:04
                    Şimali Avropa ölkələrinin Rusiyadan götürülmüş əmlakların müsadirəsi barədə razılığı                29.10.25, 10:51
                    Cozef Aun: Hizbullahı güc ilə silahsızlandırmaq mümkün deyil                29.10.25, 10:12
                    ABŞ 90% həyatını müharibəyə həsr edib                29.10.25, 09:45
                    Təəssüf ki, üçüncü dəfə prezident ola bilmərəm                28.10.25, 11:10
                    Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?                28.10.25, 10:34
                    Yeni edam üsulu ABŞ-da qalmaqal yaratdı                28.10.25, 09:52
                    Çinin İrandakı səfiri: Hər iki ölkə inanır ki, biz son yüz ildə bənzəri görülməyən böyük dəyişikliklərin astanasındayıq                28.10.25, 09:47
                    Avropa fəlakətli səhvə yol verir - Orban                28.10.25, 09:46
                    5500 ukraynalı hərbçi mühasirəyə düşdü - Puşilin                28.10.25, 09:25
                    Amerikalı analitik: Amerikalılar kağız pələngidir                28.10.25, 09:22
                    Əl-Həyyə: Çətinliklər səbəbindən İsrail əsirlərinin cəsədlərinin tapılması ciddi problemlərlə üz-üzədir                28.10.25, 09:06
                    Sionist Baş Ravvin təhdid etdi: Biz İsraili tərk edəcəyik                28.10.25, 09:01
                    Venesuelada "CIA" təşkilatının üzvləri həbs edilib                23.10.25, 10:20
                    Putin Rusiyanın Milli İnternetini təqdim etdi                23.10.25, 10:17
                    Ağ Evində təhlükəsizlik hadisəsi baş verib                23.10.25, 10:14
                    Rusiya nüvə strateji təlimlərinə Putin rəhbərliyi ilə başladı                23.10.25, 10:09
                    İranın kəşfiyyat naziri: 12 günlük müharibədə 50-dən çox kəşfiyyat xidməti İrana qarşı döyüşdə iştirak edib                23.10.25, 10:03
                    İsmail Qaani İraqa səfər edib                23.10.25, 09:54
                    Bir etiraf: Sionist rejiminin nazirlərinin mobil telefonları iranlı hackerlərin əlinə keçib                23.10.25, 09:44
                    Sionist mütəxəssisi: İsrail xalqı İranla müharibədən narahatdır, çünki zərərlər gözlənilənlərdən çox idi                23.10.25, 09:39
                    Maduro: ABŞ-a qarşı mübarizə aparmaq üçün 5 min...                23.10.25, 09:34
                    İsrailli təhlükəsizlik rəsmisinin BBC-yə etirafı: İran 12 günlük müharibədən sonra daha güclü oldu                23.10.25, 09:30
                    Fransanın muzeylərindən oğurluq dalğası davam edir                22.10.25, 13:42
                    ABŞ mətbuatından demokratiyanın ölümü barədə xəbərdarlıq: Trampın ömürlük prezidentlik arzusu                22.10.25, 10:18
                    İsrailin i24NEWS kanalının hərbi müxbiri: Hökumət nazirləri İranın kiber hücumlarına məruz qalıb                22.10.25, 10:14
                    Trampın əvvəlki müşaviri: Vitkof CIA-nın ona gündə üç dəfə yalan dediyini etiraf edib                22.10.25, 10:04
                    Avropada 2 şübhəli partlayış                22.10.25, 09:56
                    İsrail rejimi Qəzzada 2 sionist əsirin cəsədini təhvil aldı                22.10.25, 09:52
                    Şimali Koreya bir ballistik raket sınaqdan keçirdi                22.10.25, 09:35
                    Salam İmam Zamanım                22.10.25, 09:21
                    Ənsarullahdan işğalçılara xəbərdarlığı: Cavab verməyə hazırıq                21.10.25, 11:56
                    Yaponiya tarixində ilk qadın baş nazir oldu                21.10.25, 10:50
                    Ayətullah Xamenei: Başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, öz ölkəndəki iğtişaşları sakitləşdir                21.10.25, 09:49
                    Kolumbiya ABŞ-dan səfirini geri çağırdı                21.10.25, 09:35
                    Nikola Sarkozi sabah həbsxanaya gedir                21.10.25, 09:09
                    Hizbullah: Tramp dünya üzrə bir nömrəli terrorçudur                
                    

